Yaponiyanın cənub-qərbində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
SİA xəbər verir ki, bu barədə məlumatı yerli Kyodo agentliyi yayıb.
Qeyd olunur ki, xəsarət alanların hamısında yüngül zədələr müşahidə olunur. Onların həyatı üçün hər-hansı bir təhlükə yoxdur.
Xatırladaq ki, zəlzələ ölkənin cənub-qərbindəki Miyazaki və Oita prefekturaları bölgəsində baş verib. Təbii fəlakət nəticəsində sunami təhlükəsi elan edilməyib. Zəlzələ yerli atom elektrik stansiyalarında heç bir fövqəladə vəziyyət yaratmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB