Avstraliyanın ən böyük yardım gəmisi Tonqaya üzür

Tonqada sualtı vulkanının püskürməsi səbəbi ilə küllə örtülmüş bölgəyə yardım göndərilməyə davam edərkən, Avstraliyadan ən böyük yardım gəmisinin bu gün gedəcəyi açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sakit okeanın cənubundakı Tonqa ölkəsində də yardım səyləri davam edir. Keçən şənbə günü sualtı vulkanın püskürməsinin ardından bölgə vulkanik küllə örtüldü. Avstraliyanın göndərdiyi ən böyük yardım gəmisi ilə bölgəyə 250 min litr təmiz suyun çatdırıldığı açıqlanıb. Yardım gəmisinin kapitanı Adelaide bölgəyə 250 min litr təmiz suyun daşındığını və küllə örtülmüş ərazi üçün təmiz suyun vacib olduğunu bildirib. Dünən bölgəyə gətirilən Yeni Zelandiya və Avstraliyaya məxsus hərbi nəqliyyat təyyarələri ilə bölgəyə su çənləri, çadırlar, generatorlar, gigiyena materialları və rabitə vasitələri göndərilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə