Böyük Britaniya iş günlərinin 4 günə endirilməsi planlanlaşdırılır

Böyük Britaniya iş günlərinin 4 günə endirilməsi planlaşdırılır.

SİA xəbər verir ki, Böyük Britaniyada 30 şirkət yeni pilot sxemin bir hissəsi olaraq həftənin dörd günü fəaliyyət göstərməyə başlayacaq. Yeni qərara əsasən, 30 şirkətdə kadrlar növbəti 6 ay ərzində həftədə dörd gün işləyəcək və maaşları dəyişməyəcək.

Böyük Britaniyada "4 Günlük Qlobal Həftə" tərəfindən həyata keçirilən sınaq çərçivəsində müxtəlif təşkilatların işçiləri həftədə 35 saata qədər adi iş həcmini tamamlayacaq, lakin onu beş günə deyil, dörd günə böləcəklər. Dörd günlük iş vaxtının işçilərə çevik saatlar təklif etmək və iş saatları ərzində məhsuldarlığı artırmaq üçün nəzərdə tutulduğu açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...