İndoneziyanın paytaxtı köçürülür

İndoneziyanın paytaxtı köçürülür və adı dəyişdirilir.

SİA-nın xəbərinə görə, indiki paytaxt Cakarta tədricən dənizə batır.
Buna görə də İndoneziya hökuməti yeni paytaxt salmaq qərarına gəlib. Nusantara adı verilən yeni paytaxtın inşasına bu il başlanılacaq. Nusantara İndoneziya dilində “arxipelaq” deməkdir. Həmin ad ölkənin coğrafi relyefini əks etdirdiyi üçün seçilib.

Qeyd edək ki, ölkə prezidenti ekoloji fəlakətin qarşısını almaq üçün köçürülmə planını ilk dəfə 2019-cu ildə elan etsə də, pandemiya səbəbindən plan təxirə salınıb. Paytaxtın yeni şəhərə köçürülməsi 2024-cü ildə reallaşacaq.

Cakarta şəhəri dünyanın ən sürətlə çökən şəhərlərindən hesab olunur. Paytaxt orta hesabla hər il 25 santimetr suya batır. Hökumət köçürülmənin 10 milyon əhalisi olan Cakartanın üzərindəki yükü azaldacağını düşünür. İnşaat işləri parlament büdcəni təsdiq etdikdən sonra başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...