Dostundan həyat yoldaşına təcavüz etməsini tələb etdi

Sinqapurda evli və 3 uşaq atası olan bir kişinin etdiyi əməllər qan dondurdu. 2017-ci ildə kişi maraqlı təkliflə dostunun yanına gedib və ondan həyat yoldaşına təcavüz etməyi tələb edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dostu əvvəlcə təəccüblənsə də, sonradan razılaşıb. İkili iş yerində bir müddət dostluqlarını inkişaf etdirdikdən sonra planlarını həyata keçiriblər. Kişi bir gecə evdə uşaqları və baxıcıları yatarkən dostunu evinə aparıb. Dostu səssizcə cütlüyün yataq otağına girib və qadına tərəf yönəlib. Lakin həmin şəxs qadına tərəf dönərkən qadın qəfildən gözündəki yuxu bandını çıxarıb. Həmin şəxs hadisədən sonra evdən qaçmalı olub, amma qadın baş verənlərdən əl çəkməyib. Kişinin kimliyini ərindən öyrənən qadın şikayət edib. Məhkəməyə çıxarılan dostu üçün təcavüz cəhdinə görə həbs cəzası istənilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...