Peru Tonqada limanlarını bağlayır...

...vulkan püskürməsi səbəbindən

Peru Tonqa adaları yaxınlığında vulkan püskürməsi səbəbindən limanları bağlayır və kiçik qayıqlarla balıq ovunu dayandırır.

SİA xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Mülki Müdafiə İnstitutu yayıb.

“İnstitut bildirir ki, Tonqada vulkanın püskürməsi nəticəsində yaranan anormal dəniz dalğaları səbəbindən sahil boyu 80 liman bağlanıb. Balıq ovunu dayandırmaq və kiçik qayıqları quruya çıxarmaq tövsiyə olunur”, – hesabatda deyilir.

Qeyd edək ki, yanvarın 14-də baş verən vulkan püskürməsindən sonra sunami yaranmasının mümkünlüyü barədə Yeni Zelandiya və Avstraliyanın bir neçə rayonu, habelə Sakit okeanın bəzi adaları üçün xəbərdarlıq yayılıb. Bir sıra sahilboyu rayonlarda 1,5 metr hündürlüyündə dalğalar müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə