Şimali Koreya taktiki idarə olunan raketləri sınaqdan keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) yanvarın 17-də taktiki idarə olunan raketlərin sınaq buraxılışını həyata keçirdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, ölkənin qərb hissəsində buraxılan iki taktiki idarə olunan raket Şərqi Koreya dənizindəki (Yaponiya dənizi - red.) hədəfi dəqiqliklə vurub.

Bu, cari ildə KXDR-in 4-cü raket sınağıdır. Yanvarın 14-də buraxılan raket maksimum 42 km yüksəklikdə təxminən 380 km uçub. Raketlərin buraxılışı Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə