Məşhur futbolçunun model həyat yoldaşı yol qəzasında dünyasını dəyişib
Ukraynanın məşhur futbolçusu Oleh Dançenkonun həyat yoldaşı Viktoriya Dançenko yol qəzasında dünyasını dəyişib. SİA xarici mətbuata istinadən bildirir ki, Ukraynanın məşhur futbolçusu Oleh Dançenko ilə evli olan model Viktoriya Dançenko ərinin dəbdəbəli avtomobili ilə qəza keçirərək dünyasını dəyişib.
Sürətə olan həvəsi ilə tanınmış model Viktoriya Dançenko ötən gün dəbdəbəli avtomobili iddarə edərkən sükan idarəetməsini itirib və yük maşınına, sonra isə maneələrə çırpılaraq dayanıb. Gənc qadının cansız bədəni əzilmiş maşının parçaları arasından çıxarılıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB