Qanuni Süleymanın portreti Şotlandiyada tapılıb

Qanuni Süleymanın portreti Şotlandiyada tapılıb

Şotlandiyada nəsillər boyu eyni ailədə olan bir evin çardağında beş Osmanlı sultanının yağlı boya tabloları tapılıb. SİA xarici mətbuata istinadən bildirir ki, Sotheby-in hərrac evinin verdiyi elanda rəsmlərin 17-ci əsrdə çəkildiyi qeyd edilib.

Rəsmlərin 100 ilə yaxındır üzə çıxmadığını izah edib. Tapılan altı rəsm arasında Qanuni Süleymanın portreti də var. Hərrac evi 2021-ci ildə daha bir Qanuni tablosunu 350.000 funta satıb. Çardaqdan tapılan digər sultan rəsmləri I Bəyazıda, I Mehmetə, II Murada və II Bayezidə aiddir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə