Şəhər polisi səhər saat 9:30 radələrində Tokio Universitetinin Bunkyo şəhərciyinin qarşısında bıçaqlı hücum barədə məlumat aldığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, universitetə qəbul imtahanında iştirak edən Çiba əyalətindən olan iki 18 yaşlı tələbə və 72 yaşlı bir şəxs bıçaqlı hücum nəticəsində yaralanıb.
Hadisə yerinə göndərilən polis bölmələri Naqoya şəhərindən olan 17 yaşlı orta məktəb şagirdinin qətlə cəhddə şübhəli bilinərək həbs olunduğunu bildirib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB