Türkiyənin Ümraniye bölgəsində narkotik aludəçisi olduğu iddia edilən şəxs ailəsi ilə mübahisə edib və evi yandırıb. Yanğınsöndürənlər yüksələn alova müdaxilə edərək evdəki insanları xilas edərkən, polis əlində bıçaq olan şübhəli şəxsi saxlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə saat 18:20 radələrində 2 mərtəbəli binada baş verib.
Narkotik aludəçisi olduğu iddia edilən şəxs ailəsi ilə mübahisə edərək evi yandırıb. Qısa müddətdə alov artdıqca qorxu və panika anları yaşanıb. Mənzildə olanlar pəncərə qarşısına gələrək, kömək istəyiblər. Vəziyyət barədə xəbər alan yanğınsöndürənlər, polis və sağlamlıq qrupları hadisə yerinə cəlb edilib. Yanğınsöndürənlər dərhal alova müdaxilə edib və köməksiz insanları xilas edib. Tüstüdən təsirlənən şübhəlinin anası təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Bu anlar ətrafdakılar tərəfindən mobil telefonla çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB