Nyu-Yorkun ən varlı ailələrindən birində anadan olan Robert Darst hələ 7 yaşında ikən anasının ölümünün şahidi olub. Arvadını, ən yaxın dostunu və qonşusunu gözünü qırpmadan öldürdüyü, lakin hər dəfə bundan qurtula bildiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onun həyatı filmlərə, kitablara mövzu olub.
Cəzasını tam ödəyəcəyini deyəndə bu dəfə Covid-19 ədalətin bərqərar olmasına mane olub. Həbs cəzasından dərhal sonra Covid-19 virusuna yoluxan Drastın mövcud sağlamlıq problemləri bu səbəbdən daha da ağırlaşıb. Vəkili Çip Luis onun ölüm xəbərindən sonra ABŞ mətbuatına verdiyi açıqlamada Drastın müayinələr üçün aparıldığı San Youkuin Xəstəxanasında dünyasını dəyişdiyini bildirib.
Ölüm səbəbinin infarkt olduğunu bildirən Luis bütün müdaxilələrə baxmayaraq Drastın xilas ola bilməyəcəyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB