Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ABŞ konqresmenlərinə müraciət edərək, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında qlobal təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrə başlamaq, kobud olmamaq, hədələmək və sanksiyalarla qorxutmaq barədə razılaşmaları müzakirə edib həyata keçirməyə çağırıb. SİA xəbər verir ki, bu barədə Volodin Telegram kanalında yazıb.
"Mən konqresmenlərə müraciət etmək istərdim. Ölkələrimizin prezidentləri qlobal təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər. Bu baxımdan dövlət başçılarının razılaşmalarını müzakirə edib həyata keçirmək lazımdır, kobudluq, hədə-qorxu gəlmək və qorxutmaq olmaz", deyə Volodin yazıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB