Hindistanda qatar qəzası baş verib

Hindistanda qatar qəzası baş verib

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarının relsdən çıxması nəticəsində 3 nəfər ölüb. SİA xarici mətbuata istinadən bildirir ki, Hindistanın Qərbi Benqal əyalətinin Domohani şəhəri yaxınlığında hərəkət edən Quvahati-Bikaner qatarının ən azı 4 vaqonu Yeni Domohani dəmir yolu stansiyası yaxınlığında relsdən çıxıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər göndərilib. Baş verən qəzada ən azı 3 sərnişin həlak olub, çox sayda insan vaqonlarda sıxışıb. Sərnişinlərdən bəziləri onları özləri çıxarıblar. Xilasetmə işləri davam edir, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə