Marixuana koronavirusun ötürülməsinin qarşısını alırmı?

Marixuana koronavirusun ötürülməsinin qarşısını alırmı?

ABŞ-da tədqiqatçılar marixuananın bəzi komponentlərinin koronavirusun ötürülməsinə mane olduğunu iddia edirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bununla belə, marixuanadan dərman istifadəsinin geniş yayıldığı Hollandiya alimləri bu iddiaya şübhə ilə yanaşır. ABŞ-ın Oreqon Universitetinin professoru dr.Riçard Van Breemenin araşdırmasına görə, marixuananın iki komponenti olan “CBGA” və “CBDA” koronavirusun ötürülməsinin qarşısını ala bilər.

Farmakoloq Van Breemen, ağız yolu ilə qəbul edilə bilən bu komponentlərin koronavirus infeksiyasının qarşısını almaq və müalicə etmək potensialına sahib olduğunu iddia edir. Bununla belə, Hollandiyanın Vaqeninqen Universitetinin Qidalanma və farmakologiya üzrə mütəxəssisi prof.dr. Renger Vitkamp “Bir şeyin sınaq borusunda işləməsi onun insan orqanizmində eyni təsirə malik olması demək deyil” ifadəsini bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə