Kim Çen Indan öz xalqına: "Gübrə kimi öz nəcisinizdən istifadə edin"

Kim Çen Indan öz xalqına: "Gübrə kimi öz nəcisinizdən istifadə edin"

Uzun müddətdir ki, kənd təsərrüfatında istifadə olunan gübrə ehtiyacını Çindən təmin edən Şimali Koreyada işlər yaxşı getmir. Çinlə münaqişə səbəbindən gübrə probleminin yaşandığı ölkədə verdiyi qərarlarla mübahisə yaradan Şimali Koreya prezidenti Kim Çen Indan maraqlı təlimat gəlib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, təlimatda ölkədə gübrə çatışmazlığı səbəbindən insanlardan öz nəcislərini gübrə kimi istifadə etmələri istənilib. Hakimiyyət 10 günlük prosesə başlasa da, vətəndaşları insan nəcisindən gübrə istehsal etməyə çağırır. Ekspertlər bildiriblər ki, “Nəhayət, təsərrüfat üçün lazım olan gübrələrin toplanması yükü sadə insanların çiyninə düşüb.

Bundan əlavə, açıqlamada müəyyən kvota dolduran vətəndaşlara öz nəcisləri ilə ticarətə icazə veriləcəyi açıqlanıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə