BMT səkkiz ölkəni borca görə səsvermə hüququndan məhrum edib

BMT səkkiz ölkəni borca görə səsvermə hüququndan məhrum edib

BMT-nin baş katibi Antonio Quterreş Baş Assambleyaya borclarına görə səsvermə hüququndan məhrum edilmiş ölkələrin siyahısının olduğu məktub göndərib. SİA bu barədə “The Times of Israel”-ə istnadən məlumat yayıb.

Sənədə görə, İran, Venesuela, Sudan, Antiqua və Barbuda, Konqo, Qvineya, Papua-Yeni Qvineya və Vanuatu səsvermə hüquqlarını itirib. Bu ölkələrin iki ildən artıq ödəmə öhdəlikləri yığılmış borcları var.

Məlum olub ki, İran səsvermə hüququnu bərpa etmək üçün BMT-yə 18 milyon dollardan çox pul ödəməlidir. Rəsmi Tehran isə ABŞ-ın ona qarşı sanksiya tətbiq etməsi səbəbindən bunu edə bilmədiyini açıqlayıb və bununla əlaqədar İran Quterreşdən kömək istəyib. Venesuelanın isə təşkilata 40 milyon dollar borcu var.

Adı çəkilən ölkələrlə yanaşı, daha üç dövlət - Komor, San-Tome və Prinsipi və Somali də borclu olmalarına baxmayaraq səsvermə hüquqlarını saxlayıblar. Məsələ burasındadır ki, onların borcu BMT üzvünün “nəzarətindən kənar şərtlərə görə” yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə