Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib.
SİA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb.
Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyası sınaqdan keçirilmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir.
Hazırda “Visakhapatnam” esminesinin silahlanmasında 16 gəmiəleyhinə “BrahMos” qanaqlı raketləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB