Marsdan pis xəbər var

NASA-nın Mars tədqiqatçısı Perseverance keçən il fevralın 18-də Qırmızı Planetə enib. O vaxtdan bəri aktiv xidmətdədir. SİA-nın xarici mətbyata istibadən verdiyi xəbərə görə, Perseverance-in Marsa macərasını İngenuity adlı helikopter müşayiət edir.

İkili indiyədək maraqlı kəşflər edib. Ancaq Perseverance-in Marsa macərasında arzuolunmaz bir hadisə yaşanıb. Kosmik gəmi qaya nümunələrini toplayan zaman sıradan çıxıb. Problem çox sadə olsa da, nəqliyyat vasitəsinin bir neçə milyon kilometr uzaqda olması həlli çətinləşdirir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə