Əfqanıstanın paytaxtı Kabilin onlarla sakini “Taliban” hərəkatının onlara tətbiq etdiyi məhdudiyyətlərə qarşı növbəti dəfə etiraz aksiyası keçiriblər. SİA bu barədə "RİA Novosti"yə istinad edir.
Fəalların sözlərinə görə, taliblər qadınlara ictimai yerlərdə, iş yerlərində hicab taxmağı əmr etməklə əfqanıstanlı qadınların təhsil almasına, dövlət və özəl sektorda işləməsinə qarşı olduqlarını nümayiş etdirirlər.
Qadınların fikrincə, hakimiyyət hicabı bəhanə gətirir, əslində onlar “qadınların Əfqanıstanda yaşamasını istəmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB