Misirli qadın keçmiş ərini bu səbəbdən qətlə yetirdi - ŞOK

Misirli qadın keçmiş ərini bu səbəbdən qətlə yetirdi - ŞOK

Misirdə baş verən hadisə dünya mətbuatında böyük əks-səda doğurub. Adı və harada olduğu hələlik açıqlanmayan qadın boşandıqdan sonra başqa kişi ilə ailə həyatı qursa da, keçmiş həyat yoldaşı ilə münasibətini davam etdirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, misirli cütlük tez-tez qadının evində görüşüb və yaxın münasibətdə olub.

Bu arada qadın yeni əri ilə evlilik həyatına davam edirdi. Lakin baş verənlər qadının keçmiş ərinin evlənmək istəyindən sonra olub. Misirli qadın keçmiş ərinin başqa qadınla evlənmək istədiyini eşidəndən sonra sanki dəliyə dönüb. Keçmiş həyat yoldaşını evinə cinsi əlaqəyə dəvət edən qadın, onu çarpayıya bağladıqdan sonra bıçaqlayaraq öldürüb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə