Maşın körpüdən aşıb

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Maltəpədə sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil təxminən 4 metr hündürlükdən aşıb. Xəsarət alan sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Qəza saat 16:00 radələrində Maltəpə Yeditepe Universitetində baş verib. Avtomobil şəhərciyindəki körpünün üzərindən keçərkən idarəetmədən çıxaraq təxminən 4 metr hündürlükdən aşıb. Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb edilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə