“Ajda Pekkanın geyindiyi kürk müzakirələrə səbəb olub”

“Ajda Pekkanın geyindiyi kürk müzakirələrə səbəb olub”

Ajda Pekkan ötən gecə Türkiyənin Kuruçeşme bölgəsində toyda olub. Müğənninin kürkünün əsl tülkü kürkü olduğu iddia edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ajda Pekkan iddialara cavab olaraq “əsl olan mənəm, üzərimdəki saxtadır. Heyvan geyinib küçədə gəzmirəm. Heyvanlara olan sevgimi heç kim sorğulamasın” sözlərini deyib. Eyni zamanda, “necə saxta zinət əşyaları taxırlar və əsl imiş kimi ortalıqda gəzirlər, bu, tam olaraq belədir” sözlərini işlədib. Pekkanın bu sözlərlə kimi nəzərdə tutduğu isə maraq doğurub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə