Avstraliya-ABŞ arasında hərbi ticarət müqaviləsi imzalandı

Avstraliya ABŞ-dan 2,5 milyard dollar dəyərində tank və zirehli texnika alacaq.
Avstraliya-ABŞ arasında hərbi ticarət müqaviləsi imzalandı

Avstraliya 2,5 milyard ABŞ dolları dəyərində 75 “M1A2 Abrams” tankının və zirehli texnikanın alınmasına dair rəsmi Vaşinqtonla müqavilə imzalayıb. SİA xəbər verir ki,bu barədə “The Hill” nəşri məlumat yayıb.

Ümumilikdə, Avstraliya 120 ədəd texnika alacaq. Razılaşma çərçivəsində ilk texnika tədarükü 2024-cü ildə baş tutmalıdır.

Avstraliyanın yaxın illərdə zirehli texnika alınmasına 30-42 milyard ABŞ dolları xərcləyəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə