Baykonur hakimiyyəti 58 milyon rubl ayırıb TERRORLA MÜBARİZƏYƏ

Baykonur hakimiyyəti 58 milyon rubl ayırıb TERRORLA MÜBARİZƏYƏ

Baykonurda hüquqpozmaların qarşısının alınması üzrə dövlət proqramının maliyyələşdirilməsi artırılıb və vəsaitin böyük hissəsi, daha dəqiq, 58 milyon rubl antiterror mühafizəsini təmin etməyə yönəldiləcək. SİA xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytı məlumat yayıb.

“Baykonur şəhərində 2021-2024-cü illər üçün cinayətin qarşısının alınması proqramının maliyyələşdirilməsinin həcmi xeyli artırılıb. Proqramın Baykonur şəhərinin büdcəsindən 62 milyon rubldan çox məbləğdə maliyyələşdirilməsi nəzərdə tutulur ki, bunun da 58 milyonu təhsil və mədəniyyət obyektlərinin antiterror mühafizəsini təmin etmək üçün ayrılıb”, deyə məlumatda bildirilir.

Bildirilir ki, dekabrın 28-də Baykonur şəhər şurasının iclası keçirilib, iclasda proqramın icrası müzakirə edilib.

Xatırladaq ki, yanvarın 7-dən 19-dək Baykonurda Qazaxıstanda kütləvi etirazlar fonunda təhlükə səviyyəsi yüksəlib, şəhərdə müvəqqəti məhdudiyyətlər, o cümlədən gecə saatlarında şəhər ətrafında hərəkət və spirtli içkilərin satışına məhdudiyyətlər qoyulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə