Avropa qorxuya düşüb ABŞ-IN YENİ SANKSİYALARINDAN

Avropa qorxuya düşüb ABŞ-IN YENİ SANKSİYALARINDAN

Vaşinqtonun Rusiyaya qarşı mümkün yeni sanksiyalarının iqtisadi zərərindən Bəzi Avropa İttifaqı ölkələri narahat olduqlarını bildiriblər. SİA xəbər verir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ-ın Qərbi Avropadakı bütün müttəfiqləri hələ də Moskvaya qarşı sərt məhdudiyyətlərin tətbiqini bəyənmirlər.

Qeyd olunur ki, bəzi dövlətlər təkcə öz iqtisadiyyatları üçün nəzərəçarpacaq nəticələrdən deyil, həm də onların fikrincə, Avropaya qaz nəqlini dayandıra biləcək Rusiyanın cavab addımlarından qorxurlar.

Xatırladaq ki, Bloomberg bir qədər əvvəl öz mənbəsinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya yüksək texnologiyalı məhsulların və mikroelektronikanın tədarükünə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə