KTMT-nin Qazaxıstandakı missiyasının tənqidinə cavab TOKAYEV TƏRƏFİNDƏN VERİLDİ
KTMT-nin Qazaxıstandakı missiyasının legitimliyi ilə bağlı şübhələr vəziyyəti dərk etməmək səbəbindən yaranır. SİA xəbər verir ki, bu sözləri respublika prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında deyib.
"Biz artıq görürük ki, KTMT qüvvələrinin yeridilməsinin legitimliyi ilə bağlı suallar yaranır. Bu, etibarlı məlumatın olmaması və bütün vəziyyətin düzgün başa düşülməməsi ilə bağlıdır", deyə Tokayev bildirib.
Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, 17 təhlükəsizlik əməkdaşı öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB