"Qazaxıstan hibrid terror hücumu ilə qarşılaşıb"

"Qazaxıstan hibrid terror hücumu ilə qarşılaşıb"

Qazaxıstan hibrid terror hücumu ilə qarşılaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin dövlət katibi Yerlan Karin deyib.

Onun sözlərinə görə, Qazaxıstanda baş verən terror aktlarının arxasında kimin dayandığının yekun cavabını xüsusi xidmət orqanları verəcək.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.

Xəbər yenilənəcək

Bütün xəbərlər Facebook səhifəmizdə