Polşaya keçməyə cəhd edən 30-dan çox miqrant saxlanılıb

Polşaya keçməyə cəhd edən 30-dan çox miqrant saxlanılıb

Polşa sərhədçiləri Belarusla sərhəddə 33 miqrantı saxlayıb.

SİA xəbər verir ki, bu barədə Polşa Dövlət Sərhəd Xidməti bildirib.

Qeyd olunub ki, sərhədi qanunsuz keçməyə cəhd edən şəxslərin qarşısı alınan zaman polşalı sərhədçi xəsarət alıb.

Miqrantlar Çerems və Şudzyalovo məntəqələrində Polşa sərhədçilərinə daş və səs fişəngləri atıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə