Lüks oteldə dava çıxdı

Braziliyada otel işçisini vurmaq istəyən bir qadının videosu dünyaya yayılıb. başlayan SİA xarici mətbuata istinadən bildirir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində dəbdəbəli otelin foyesində baş verənlərin görüntüləri sosial şəbəkələrdə paylaşılıb və bir neçə günlük sükutdan sonra hadisə bütün dünyada rezonans doğurub. İlk baxışdan müştərilərin otel işçisi ilə mübahisə etdiyi görünür. Daha sonra bikinili qadının otel işçilərinə yaxınlaşaraq onun saçından tutaraq sillələməyə çalışdığı qeydə alınır. Qadının əlindən qurtulan otel işçisinin hədəfi birbaşa onun ərinə çevrilir.
Şortikli kişi otel işçisinin bir yumruqla yerə yıxılarkən, qadını sakitləşdirmək mümkün deyil. Hadisə şahidlərinin gözü qarşısında baş verənlərə səbəb irqçilikdir. Lüks oteldə qalan cütlük qaradərili ofisiantın onlara xidmət etməsinə əsəbiləşib və obyekti bir-birinə qatıblar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə