570 dollar cərimə tətbiq olunub “SƏHV” MASKA TAXILMASINA GÖRƏ

570 dollar cərimə tətbiq olunub “SƏHV” MASKA TAXILMASINA GÖRƏ

Rumıniyanın daxili işlər naziri Lucian Bode yanvarın 8-dən etibarən parça tekstil qoruyucu maskanın taxılmasının onu taxmamağa bərabər olduğunu və təxminən 570 dollar cərimə ilə cəzalandırılacağını söyləyib. SİA xəbər verir ki, Lucian Bode bunu “Digi 24”-ə müsahibəsində deyib.

Qeyd olunur ki, Rumıniya hakimiyyətinin müvafiq qərarı omikron koronavirus ştammının çox sürətlə yayılması və onun yüksək yoluxuculuğu ilə əlaqədardır.

"Bu şərtlərdə maska taxmaq virusun yayılmasının qarşısını almaq üçün çox vacibdir. Uyğun olmayan maska taxmağa görə cəza onu taxmamağa görə cəriməyə bərabərdir və bu 570 dollar civarındadır", deyə Bode bildirib.
Rumıniya Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, təhlükəsizlik standartlarına riayət olunmasına polis və jandarmlar nəzarət edəcək.

Xatırladaq ki, Rumıniyada yanvarın 8-dən qüvvəyə minən qaydalarda bildirilir ki, beş yaşından yuxarı ölkənin bütün sakinləri ictimai yerlərdə cərrahi qoruyucu maskalar və ya FFP2 maskaları taxmalıdırlar.

Diqqətə çatdıraq ki, “omicron” haqqında ilk dəfə noyabrın sonunda Cənubi Afrika Respublikasının Səhiyyə Nazirliyində məlumat verilmişdi. Hazırda bu ştamm onlarla ölkədə qeydə alınıb. Dekabrın 21-də ABŞ-da omikron ştammından ilk ölüm faktı qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə