KTMT ölkələrinin liderlərinin sammitinin vaxtı hələ məlum deyil. SİA xəbər verir ki, bu sözləri Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya dövlət başçısının mətbuat katibi qeyd edib ki, sammitin vaxtı hələlik təyin edilməyib.
“Hələ ki, KTMT ölkələri liderlərinin videokonfransının vaxtı məlum deyil”, deyə Peskov bildirib.
Xatırladaq ki, Kazaxıstanın prezidenti Tokayev Rusiya prezidenti Putinə KTMT ölkələrinin liderlərinin sammitinin, video formatda konfransının təşkil edilməsini təklif edib. Kazaxıstan prezidentinin təklifini isə Rusiya prezidenti bəyənib. Lakin hələ bu tədbirin keçiriləcəyi vaxt barədə məlumat yoxdur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB