Qazaxıstanda baş verən hadisələrdə İsrail vətəndaşı həlak olub

Qazaxıstanda baş verən hadisələrdə İsrail vətəndaşı həlak olub

İsrail Xarici İşlər Nazirliyi Qazaxıstanın Almatı şəhərində baş verən hadisələr zamanı bir İsrail vətəndaşının güllələndiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin bəyanatına əsaslanaraq, son bir neçə ildir Qazaxıstanda yaşayan İsrail vətəndaşı Levan Koqeaşvili Almatıda silahla öldürülüb. Xarici İşlər Nazirliyi Koqeaşvilinin Qazaxıstan və İsraildəki ailəsi ilə əlaqə saxladığını və onun cəsədinin İsrailə gətirilməsi üçün iş aparıldığını açıqlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə