Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 10-u tarixini milli matəm günü elan edib. SİA xəbər verir ki, bu barədə “xəbər-24” telekanalının Telegram-kanalı məlumat yayıb.
Məlumatda o da qeyd olunur ki, qərar ölkəni bürümüş iğtişaşlar nəticəsində çoxsaylı qurbanlarla bağlıdır.
Xatırladaq ki, Qazaxıstanda iğtişaşlar zamanı həlak olan təhlükəsizlik orqanlarının əməkdaşlarının sayı artaraq 18 nəfərə çatıb.
Xatırladaq ki, Qazaxıstanda vəziyyət yanvarın 2-də Janaozen, Aktau və Alma-Ata şəhərlərinin sakinlərinin yanacağın qiymətinin aşağı salınması ilə bağlı müraciətlə küçələrə çıxmasından sonra pisləşib. Hakimiyyət nümayişçilərə güzəştə getdikdə, etirazlar bir neçə böyük şəhərdə yenidən alovlanıb. Ən çətin vəziyyət Almatıda müşahidə olunub. Yanvarın 6-da səhər saatlarında hərbçilər və polis quldurlara qarşı antiterror əməliyyatına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB