Son sutkada daha 195 nəfərdə COVID-19 aşkarlanıb

Son sutkada daha 195 nəfərdə COVID-19 aşkarlanıb

Ermənistanda son sutkada daha 195 nəfərdə COVID-19 aşkarlanıb. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 345 713-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 7 999-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 512 nəfərdir. İndiyədək 332 753 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 3 449 aktiv koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə