Polis Qazaxıstanın Aktau şəhərinin mərkəzi meydanında yenidən patrul xidmətinə başlayıb, vəziyyət sakitdir. SİA xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb.
"Polis yenidən Aktauda mərkəzi meydanda patrul xidmətinə başlayıb. Yanvarın 2-dən şəhərdə mitinqlər keçirilir, lakin iki gün əvvəl mühafizəçilər meydanda vəziyyətə nəzarəti dayandırıblar. Şəhərdə vəziyyət sakitdir. Etirazçılar hələ də ərazidədirlər. Bunlar onlarla insandır”, deyə Sputnik Qazaxıstan Teleqram kanalında dərc olunan bəyanatda bildirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB