Qazaxıstanın paytaxtında Nur-Sultan Hava Limanı şənbə günü altı beynəlxalq reys planlaşdırır, dörd reys də ləğv edilib. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, “2022-ci il yanvarın 8-də Nur-Sultan şəhərindən xarici aviaşirkətlər Dubay, Minsk, Kalininqrad şəhərlərinə altı beynəlxalq uçuş həyata keçirməyi planlaşdırır”. Xəbərdə deyilir ki, Moskvaya və Almaniyanın Frankfurtuna 4 aviareys ləğv edilib.
“Almatı, Aktau, Türküstan, Çimkent, Kostanay şəhərlərindən, xarici aviaşirkətlər Moskva, Frankfurt, Bakı, Dubay, Şarja, Minsk, İstanbul, Urganç şəhərlərinə 21 reysi ləğv edib”, deyə məlumatda qeyd olunur.
Bu, ümumilikdə ləğv edilmiş 25 beynəlxalq aviareysi əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB