Quru meyvələrin insan orqanizminə faydaları nələrdir? - MÜNASİBƏT BİLDİRİLDİ
“Quru meyvələrin tərkibi təzə meyvələrin tərkibindən fərqli olaraq daha zəngindir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova bildirib.
Onun sözlərinə görə, quru meyvələrin tərkibi daha zəngin olduğuna görə qidanın enerji dəyəri daha çox olur: “Qida rasionunuzun kalorisini artırmaq üçün quru meyvələrdən istifadə etməyiniz məsləhətlidir. Quru meyvələrin təzə meyvələrdən faydalı olduğu qədər ziyanlı tərəfləri də vardır. Şəkərli diabet xəstələrinə, mədə-bağırsaq problemləri olan insanlara quru meyvələr qəbul etmək məqsədəuyğun deyil. Quru meyvələrin tərkibində su buxarlandığına görə onun tərkibində qalan vitaminlər, minerallar cəmləndiyi üçün onların təsiri daha çoxdur. Təbii ki, bundan hazırlanan xoşabların, mürəbbələrin tərkibində vitamin, mineral və digər maddələr daha çoxdur. Hər bir quru meyvənin tərkibi fərqlidir. Buna görə də tərkiblərindəki vitaminlər, minerallar fərqli ölçüdə olurlar. Quru ərikdə olan vitaminlər quru üzümdə olan vitaminlərdən fərqlidir. Qlükoza ilə daha zəngin olan meyvələr, ələxsüsus quru meyvələr şəkərli diabet xəstələri üçün daha ziyanlıdır. Bəzi şirniyyat növləri, salatlar var ki, onların tərkibində məhz quru meyvələr istifadə edilir, bu da həmin məmulatın tərkibini vitamin baxımından daha da zənginləşdirir.
Bir çox pəhrizlərdə, arıqlamaq üçün istifadə edilən rasionda quru meyvələrdən istifadə olunur, amma bu çox yanlış bir məqamdır. Çünki adi almanın yaxud da digər meyvənin tərkibində olan vitaminlər quru meyvələrin tərkibində daha çoxdur və onu daha çox kalorili edir. Çay içərkən yanında quru meyvələrdən istifadə edirlər, amma bunlar insanın çək atmasında heç bir fayda göstərmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB