İrqçi davranışların SƏBƏBLƏRİ NƏLƏRDİR? - SOSİOLOQ AÇIQLADI

İrqçi davranışların SƏBƏBLƏRİ NƏLƏRDİR? - SOSİOLOQ AÇIQLADI

“Belə irqçi münasibətin əsas səbəbi indiki vaxtda fəlsəfə elminin zəifliyindən irəli gəlir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

“Çünki, fəlsəfə, dünyadakı cəmiyyətin, qloballaşmanın mahiyyətini lazım olduğu səviyyədə izah edə bilmir və siyasətçilərə çatdıra bilmir. Hal-hazırkı siyasətçilərin də düşüncəsi irqi ayrı-seçkilik üçün böyük şərait yaradır. Hətta İslam tərəfdarları Məhəmməd peyğəmbərdən, Qurani-Kərimdən başlayaraq insanlar arasında irqi ayrı-seçkilik qoymayıblar. Ən çox əqidə yaxınlığını əsas götürüblər. Bu da çox mühüm bir faktordur. İnsan, öz doğma qardaşı və yaxud qohumu ilə dərisinin rəngindən yox, əqidəcə yaxın olanda daha yaxşı olur. Ona görə bu mövzuda təbii ki, İslam daha doğru yolda olub. İslam üçün fərqi olmayıb ki, bu zəncidir, bu ərəbdir, o isə türkdür. Həmin insan İslam əqidəsindədirsə deməli hamı bir-birinə doğmadır. Lakin indiki vaxtda avropa düşüncəsi, fəlsəfəsi, yanaşması, onların özlərinə bir qədər qaradərililərdən üstün baxması, dünyada hələ də irqçiliyi qoruyub saxlamaqdadır. Ona görə də bu məsələnin əsas səbəbi fəlsəfi və siyasi cəhətdən araşdırılmalı və qiymətləndirilməlidir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə