KTMT-nin sülhməramlıları Qazaxıstana yola salınıb

KTMT-nin sülhməramlıları Qazaxıstana yola salınıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri Qazaxıstana yola salınıb.

SİA-nın məlumatına görə, bu barədə KTMT-nin katibliyi bildirib.

Qeyd olunur ki, Rusiyanın Hava-Desant Qoşunları sülhməramlı qüvvələrin tərkibinə daxil edilib.

Kollektiv qüvvələrin əsas tapşırıqları dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində kömək göstərilməsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə