Ötən il La-Manş boğazını keçən miqrantların sayı artıb

Ötən il La-Manş boğazını keçən miqrantların sayı artıb

2021-ci ildə La-Manş boğazını keçən miqrantların sayı 2020-ci illə müqayisədə təqribən üç dəfə artaraq 28 mini ötüb.

SİA xəbər verir ki, açıqlanan rəqəmlərə əsasən ötən il ən azı 28 min 431 miqrant kiçik qayıqlarla La-Manş boğazını keçib. Bu rəqəm 2020-ci ildə 8417 olub.

Miqrantlar ötən il ən çox noyabr ayında bu boğazdan istifadə ediblər.

Böyük Britaniya hökuməti isə ölkəyə qeyri-qanuni yollarla daxil olmağı cinayət hesab etməyi planlaşdırır. Hökumətin hazırladığı Vətəndaşlıq və Sərhəd Qanunu layihəsi təsdiq olduqdan sonra, insan qaçaqmalçıları da ömürlük həbsə məhkum edilə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə