"Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir..."

Tokayev: “Almatı yaxınlığında hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”
"Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir..."

“Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.

SİA rus mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.

Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər.

Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.

Bütün xəbərlər Facebook səhifəmizdə