Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən göndərildi

Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən göndərildi

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. SİA xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

Dövlət başçısı bilidirib ki, bu vəzifəni özü icra edəcək.

Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, istənilən halda paytaxtı tərk etməyəcəyini söyləyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə