Rio karnavalı bu il də ləğv edildi

Rio karnavalı bu il də ləğv edildi

Keçən il Braziliyada ləğv edilən Rio karnavalı, Covid-19 səbəbi ilə bu il də keçirilməyəcək. SİA xarici mətbuata istinadən bildirir ki, dünyaca məşhur Rio karnavalı keçən il olduğu kimi bu il də ləğv edilib. Braziliyanın Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes Covid-19 hadisələrinin artması səbəbindən bu il də Rio karnavalının ləğv edildiyini açıqlayıb.

Sonuncu dəfə 2019-cu ildə keçirilən Rio karnavalı ləğv olunmasaydı, bu il yanvarın 25-dən martın 5-dək keçiriləcəkdi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə