Twrkiy'nin Xarici İşlər Nazirliyi Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirib.
SİA-nın məlumatına görə, Nazirliyin açıqlamasında bildirilib ki, Türkiyə Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.
Açıqlamada qeyd olunub ki, dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB