Ermənistanda son sutka ərzində daha 129 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 345 255 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 989-a yüksəlib.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 5011 nəfərdir. Aktiv xəstələrin sayı 3 451 nəfər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB