Qazaxıstanda qaz emalı zavodunun direktoru saxlanılıb

Qazaxıstanda qaz emalı zavodunun direktoru saxlanılıb

Qazaxıstanın Janaozen şəhərindəki qaz emalı zavodunun direktoru Nakberqen Tulepov saxlanılıb.

SİA-nın məlumatına görə, bu barədə "Qazaxıstan" telekanalına istinadən "Kazinform" xəbər yayıb.

Maliyyə Monitorinqi Agentliyi Janaozendəki zavodun rəhbərinin heç bir səbəb olmadan qazın qiymətini qaldırdığını bildirib.

Faktla bağlı ibtidai araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə