İranın qǝrbindǝki Ayn ǝl-Әsǝd hǝrbi bazasına hücum edǝn vǝ partlayıcı maddǝ daşıyan iki pilotsuz uçuş aparatı mǝhv edilib.
SİA xəbər verir ki, bu barǝdǝ İraqın hǝrbi mǝnbǝlǝri mǝlumat yayıb.Mǝlumata görǝ, hücumun qarşısı beynǝlxalq koalisiya qüvvǝlǝrinǝ mǝxsus havadan müdafiǝ sistemi ilǝ alınıb.
Terror tǝşkilatı DEAŞ-a qarşı koalisiyaya tabe olan qüvvǝlǝrin İraqdakı vǝzifǝ müddǝtinin dekabr ayında başa çatdığı bildirilmişdi.
Qeyd edǝk ki, dünǝn dǝ Beynǝlxalq Bağdad Hava Limanına göndǝrilǝn vǝ partlayıcı maddǝ daşıyan iki pilotsuz uçuş aparatı da mǝhv edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB