ABŞ-ın paytaxtı Vaşinqtonun Milli Zooparkında ilk dəfə qar görən pandanın xoş anları nümayiş olunub. SİA xarici mətbuata istinadən bildirir ki, güclü qar və tufan ABŞ-a təsir etməkdə davam edir. Paytaxt Vaşinqtonda dünən yağan ilin ilk qarı həyata mənfi təsir edib, dövlət idarələri və məktəblər bağlanıb. Şəhərdəki Smithsonian Milli Zooparkında isə maraqlı anlar yaşanıb. Bağdakı 16 aylıq panda Xiao Qi Ci ilk dəfə qar görüb. Qarla qarşılaşan panda bağı bürüyən qarda yuvarlanaraq qardan həzz alıb. Digər panda ilə də oynayan Ci çox əylənib. İki pandanın sevincli anları təhlükəsizlik kamerasına əks olunarkən, güclü qar yağması səbəbindən zoopark ziyarətçilərə bağlanıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB