“Omikron” variantının “Delta” variantı qədər təsirli olmadığı və “Omikron” tərəfindən yaradılan toxunulmazlığın “Delta”-nı bitirdiyi iddialarından sonra Danimarkadan pandemiya ilə bağlı təəccüblü bir açıqlama gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Danimarka Dövlət Serum İnstitutunun baş epidemioloqu Tura Qrove Krause, apardıqları yeni araşdırmanın “Omikron”-dan xəstəxanaya düşmə riskinin “Delta” variantında görülənlərin yarısı olduğunu ortaya qoyduğunu söyləyib. Krause, bu vəziyyətdə pandemiyanın sonunun təxminən 2 aya gələ biləcəyini bildirib.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB